“İkitərəfli əməkdaşlıq çərçivəsində bu gün İtaliyadan Azərbaycana həkimlər gəlib”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, onlar İtaliya təcrübəsini Azərbaycanla bölüşəcəklər:
“Çindən Uhanda fəaliyyət göstərmiş və bu virusa qarşı nəticələr əldə etmiş ekspert qrupunun da bu yaxınlarda ölkəmizə gəlməsi nəzərdə tutulur”.oxu.az