Rusiyanın “İrAero” aviaşirkəti aprelin 4-dən etibarən Ufa-Bakı marşrutu üzrə reyslər həyata keçirməyə başlayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ufa Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ufadan uçuşlar cümə axşamı “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək. Təyyarə yerli vaxtla saat 11:00-da yola düşəcək. Səyahət müddəti 2 saat 40 dəqiqədir. Biletlər artıq satışdadır. Həmçinin Ufadan Bakıya uçuşlar “Azerbaijan Airlines” və “Utair” aviaşirkətləri tərəfindən davam etdirilir.