UEFA növbəti mövsümün əvvəlindən başlayaraq Avropa kuboklarında yeni qayda tətbiq etməyə hazılaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, qaydaya əsasən, avrokubokların matçları zamanı hakimlərlə yalnız komandaların kapitanlarının ünsiyyət qurmasına icazə veriləcək. Hazırda belə bir qayda Avro-2024-ün matçlarında da tətbiq edilir.

Eyni zamanda Almaniya Bundesliqası, 2, 3 və 3-cü divizionlarında da bu qayda qüvvəyə minəcək. Kapitandan başqa digər meydan oyunçuları hakimlərlə ünsiyyətə girərsə, sarı vərəqə alacaq.

UEFA belə bir qaydanı hakimə qarşı mümkün hörmətsizliyin, onun ətrafında sıx toplaşmağın qarşısını almaq məqsədilə verib.

Bəs, kapitan qapıçı olarsa, o zaman meydan oyunçularında kimlər hakimə fikrini çatdıra bilər? Çünki qapıçı hər mübahisəli epizodda öz zonasını tərk etməyə məcbur qalmamalıdır. Məlumata görə, hələlik bununla bağlı prosedurlar dəqiqləşməyib