UEFA “Qarabağ” klubunun kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, Avropa Liqasının rəsmi “X” hesabında bu gün 34 yaşı tamam olan müdafiəçinin fotosu paylaşılıb.

Onun Ağdam təmsilçisinin əfsanəsi olduğu vurğulanıb.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”da çıxış edir