Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferin oyunçuların və məşqçilərin sıx oyun cədvəllərinə dair şikayətlərinə reaksiya verib.
İqtisadiyyat.az BBC-ə istinadən xəbər verir ki, Çeferin şikayətlərin ən yüksək maaş alan futbolçulardan və 25 oyunçusu olan klublardan gəldiyini bildirib.
"Maaşları daha aşağı olanlar və heyətində cəmi 11 oyunçu olanlar isə şikayət etmirlər. Onlar meydanda oynamağı sevirlər",-deyə UEFA prezidenti vurğulayıb.
Buna qədər "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri futbolçuların matçların sayının azaldılmasını tələb edərək tətil elan etmə ehtimalını dilə gətirmişdi.