FİFA dərəcəli hakim Aliyar Ağayev və qadın FİFA referisi Fəridə Lütfəliyeva UEFA-nın İtaliyanın Roma şəhərində təşkil etdiyi seminarda iştirak edirlər.

İqtisadiyyat.az xəbər verir ki, Əliyar Ağayev top hakimlər üçün nəzərdə tutulan təkmilləşdirmə, Fəridə Lütfəliyeva isə yeni FİFA dərəcəli hakimlər üçün təşkil edilən kurslara dəvət alıb.

Xatırladaq ki, FİFA yan xətt hakimi Zeynal Zaynalov da 25-28 yanvar tarixlərində təşkil edilən kurslarda iştirak edib.