UEFA prezidenti Aleksander Çeferin Madridin "Real" klubunun quruma qarşı irəli sürdüyü ittihamlara cavab verib.

İqtisadiyyat.az-ın məlumatına görə, Çeferin "Relevo" xəbər portalına bildirib ki, "Real" rəhbərliyinin "Qızıl top" mükafatının klubun oyunçularından birinə verilməməsi ilə bağlı ittihamları onlar haqqında hər şeyi deyir. 

O əlavə edib ki, UEFA-nın bu məsələyə dair əlavə şərh verməsinə ehtiyac görmür. 

"Real"ın nümayəndələri "Qızıl top" mükafatlandırma mərasimini boykot etmək qərarına gəliblər. Klub rəsmiləri bəyan edib ki, "Qızıl top" mükafatının meyarlarının "Real Madrid" və Braziliya millisinin oyunçusu Vinisius Junioru qalib olaraq seçməməsi təşkilatçıların kluba hörmət etmədiyini göstərir. 

2024-cü il üçün ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatının sahibi "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri olub. Tədbir 28 oktyabrda Fransanın Paris şəhərindəki "Şatle" teatrında keçirilib.