“Bu ilin yanvar-oktyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2% artaraq 111 mlrd. 28,2 mln. manat, qeyrineft-qaz sektorunda isə 9,7% artaraq 56 mlrd. 55,9 mln.manat olub.”

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-oktyabr aylarına nisbətən 5,9% artmışdı.