Polşa, Litva və Estoniyanın Avropa işləri üzrə nazirləri Rusiyadan dəniz yolu ilə nəql edilən neftin barelinə 60 dollardan yuxarı qiymət tətbiq edilməsi qərarını dəstəkləyib.

Üç ölkənin nazirlikləri uzun sürən danışıqlar nəticəsində qərarın qəbul edildiyini açıqlayıb:

"Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin qiymətinin 60 dollar olması qərarını alqışlayırıq. Təklifimizdəki qiymətə hər 2 aydan bir yenidən baxılacaq."