U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin fərdi yarışlarının sonuncu günü keçirilir
İqtisadiyyat.az xəbər verir ki, 26 yanvarda U-18 yeniyetmələrin şəxsi və qarışıq komandalar arasında Azərbaycan birinciliyində 196 cüdoçu gücünü sınayacaq.
Yarışın üçüncü günündə qızlar -44 kq., -57 kq. və +70 kq. çəki dərəcələrində, oğlanlar isə -55 kq., -73 kq. və +90 kq. çəki dərəcələrində qaliblər bəlli olacaq.
Yarışın final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq. Final görüşləri 17:00-da keçiriləcək.