“Twitter”in rəhbəri İlon Mask “ağıllı” televizorlar üçün “Twitter” tətbiqinin tezliklə buraxılacağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq mesaj onun sosial şəbəkədəki səhifəsində dərc olunub.

İstifadəçilərdən biri qeyd edib ki, o, “Twitter”i Smart TV-lərdə də görmək istəyir.

Mask istifadəçinin istəklərinə cavab olaraq “Yoldadır”, - yazıb.

Eyni zamanda, milyarder Smart TV üçün “Twitter”in buraxılış vaxtı barədə məlumat verməyib.

Tətbiqin necə görünəcəyi və hansı funksiyanı yerinə yetirəcəyi də hələlik məlum deyil.