“Twitter”in yeni sahibi İlon Mask istifadəçilərin şəxsi yazışmalarının şifrələnməsi funksiyası, hesablar arasında şifrəli video və audio zənglər haqqında danışıb.

Mask bunu Twitter-in San-Fransiskodakı baş qərargahında işçilərlə görüşdə deyib.

“Biz istəyirik ki, istifadəçilər məxfiliklərindən narahat olmasınlar. Rahat ünsiyyət qura bilsinlər. Şəxsi yazışmaların şifrələnməsi sosial şəbəkə üçün əsas prioritet olmalıdır. Twitter şəxsi mesajları siqnal kimi başdan-ayağa şifrələməlidir ki, heç kim sizə casusluq edə bilməsin.”