“Twitter” istifadəçilərinin gün ərzində göndərə biləcəkləri birbaşa mesajların sayını məhdudlaşdıracaq.
İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Twitter" pulsuz istifadəçilər üçün DM-lərin sayını məhdudlaşdırmağı qərara alıb. Bu funksiya hazırda sınaqdan keçirilir və yaxın zamanlarda rəsmi şəkildə istifadəyə verilə bilər.
Dəyişiklikdən sonra yalnız təsdiqlənmiş istifadəçilər və ya "Twitter Blue" abunəçiləri onları izləməyən istifadəçilərə DM göndərə biləcəklər.
Qeyd edək ki, hazırda istifadəçilər 500 DM göndərə bilərlər. Yeni plan çərçivəsində bu sayın 30-a endirilməsi gözlənilir.