“Twitter” hesabının təsdiqlənmiş olduğunu bildirən "mavi" nişanın artıq dünyada istifadəsi mümkünləşdi.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin Baş direktoru İlon Mask məlumat verib. O, bildirib ki, nişan artıq ödənişlidir və Twitter Blue vasitəsilə istifadə edilə bilər: "Mavi nişanın qiyməti 7 dollardır.
İstifadəçilərin hesablarına "mavi təsdiq nişanı" əlavə edən aylıq ödənişli abunə xidməti olan "Twitter Blue" həm də eksklüziv yeni funksiyalara erkən çıxış yaradır. Xüsusiyyətlərə daha uzun tvitlər, tvitləri redaktə etmək imkanı, 1080p video yükləmələr daxildir".
Qeyd edək ki, twitter-in təsdiqlənmiş hesab sistemi 13 ildir qüvvədədir.