Twitter bir müddətdir ki, işdən çıxarılma və daxili məxfi sənədlərin sızması ilə gündəmdədir. Məlum olub ki, İlon Mask işçilərə yeni elektron məktub göndərib. Məlumata görə, Twitter ofisi bazar ertəsinə qədər işçilər üçün bağlı olub.

Twitter vəzifəliləri işçilərə 21 Noyabr tarixinədək işə çıxmamalarını bildirib, hətta  saytlara giriş də dayandırılıb.

“Washington Post”un xəbərinə görə, Maskın ofislərini bağlamağa getməsi birbaşa işçilərin imzalamasını istədiyi iş öhdəliyi ilə bağlıdır.