İlon Mask Twitter-də 280 simvol limiti ilə bağlı şad xəbər verib.

Bir müddət əvvəl bəzi Twitter istifadəçilər 280 simvolun yetərli olmadığına dair şikayət etmişdilər. Mask isə bunun bərpası ilə bağlı istəklərin nəzərə alınacağını bildirmişdi.

Bu gün isə daha bir istifadəçinin paylaşımını şərh edən Mask bildirib ki, 280 simvol limiti tezliklə artırılacaq.

Xatırladaq ki, Twitter ilk yarandığı zaman 140 simvol paylaşmağa icazə verirdisə, 2018-ci ildə bu limit 280-ə çatdırıldı.