Tvitterdə mesajların maksimum ölçüsü 10 min simvola qaldırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı şirkətdən məlumat verilib. Eyni zamanda, "Twitter Blue" abunəsi altında şrift formatı təqdim edilib. Bu funksiyalara daxil olmaq üçün ödənişli “Twitter Blue” abunəliyinə sahib olmalısınız.

Qeyd edək ki, daha öncə Tvitterdə mesaj maksimum 4000 simvoldan ibarət idi.