Bu ilin yanvar-sentyabr aylarında Türkmənistan və Türkiyə arasında ticarət dövriyyəsi 2,1 milyard dollar təşkil edib ki, bu da ötən ilin göstəricisini üstələyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

“Türkmənistan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlıq son illər əhəmiyyətli dərəcədə artıb.Əgər keçən il ikitərəfli ticarət dövriyyəsinin həcmi 2 milyard dolları ötübsə, bu ilin 9 ayında bu rəqəm 2,1 milyard dollar təşkil edib” - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova