Türkiyənin zərgərlik sənayesinin ixracı ötən il 7 milyard 640 milyon 637 min dollarla rekord qırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarında deyilir.
Məlumata görə, ötən il Türkiyənin zərgərlik məmulatları ixracı 30,5% artıb.
Hesabat dövründə Türkiyənin ixracı 2022-ci ilə nisbətən 0,6% artaraq 255 milyard 808 milyon 922 min dollara çatıb.
Gözəl Həşimova