Türkiyənin yeni təyin olunmuş xəzinə və maliyyə naziri Mehmet Şimşek iqtisadiyyatda izlədikləri yol xəritəsi ilə bağlı açıqlama verib. 

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Şimşek iqtisadi proqramların üç əsas komponentini maliyyə intizamı, təkrəqəmli inflyasiya və struktur islahatları kimi ümumiləşdirib.

"Proqramımızın üç əsas komponenti var. Bunlardan birincisi maliyyə intizamının bərpasıdır; yəni zəlzələ effekti istisna olmaqla, büdcə kəsirini Maastrixt kriteriyalarına uyğun səviyyəyə endirmək. Orta müddətli dövrdə inflyasiyanın təkrəqəmli rəqəmlərə endirilməsi üçün inflyasiya hədəfinə uyğun pul-kredit siyasətinin mərhələli şəkildə sərtləşdirilməsi və gəlirlər siyasəti, makromaliyyə sabitliyini və bütün digər qazancları qalıcı edəcək struktur islahatları aparılmalıdır”, - Şimşek qeyd edib.