2021-ci ildə Türkiyənin Qaradəniz bölgəsində yerləşən 17 vilayətdən Azərbaycana toplam olaraq 45 milyon 203 min 955 ABŞ dolları dəyərində məhsul tədarük edilib.

Bu, əvvəlki illə müqayisədə 14 % çoxdur.

Məlumata görə, ən çox məhsul Rizədən gətirilib. Bu vilayətdən 8 milyon 210 min 449 ABŞ dolları dəyərində mal və materiallar alınıb. İkinci yerdə 6 milyon 565 min 244 ABŞ dolları dəyərindəki ixracatla Trabzon gəlir. Bu iki vilayətdən ölkəmizə əsas etibarı ilə inşaat və kimya məhsulları tədarük olunub.