"Türkiyənin 2023-cü ildə turizm sektorundan əldə etdiyi gəlir təxminən 55 milyard dollar olub".
İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin Kayseri Universitetinin qurucu rektoru Kurtuluş Karamustafa Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə Bakıda keçirilən "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə deyib.
Onun sözlərinə görə, bu rəqəm həmçinin turizm sektorunun Türkiyə üçün nə qədər böyük əhəmiyyətə malik olduğunun göstəricisidir: "Turizm sektorunun uğurlarının arxasında güclü təhsil dayanır. 1960-cı ilin əvvəllərindən biz turizm təhsilinə investisiya qoyuruq".
Sadiq Cavadov