Türkiyənin Kahramanmaraş bölgəsində baş verən güclü zəlzələ nəticəsində tərcüməçi, yazar Abdulkadir Özkan həlak olub.

İqtisadiyyat.az bildirir ki, yazıçının ailə üzvləri də dünyasını dəyişib. Onların meyitləri dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, Abdulkadir Özkan Azərbaycan ədəbiyyatına aid əsərləri tərcümə edirdi.