ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın enerji sektorunda apardığı siyasət dünya bazarında neft və qaz qiymətlərinin aşağı düşməsinə kömək edə bilər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, təbii qaz sahəsində müxtəlif çətin məsələlər var:
"Tramp seçki kampaniyası zamanı neft və təbii qaz hasilatı ilə bağlı çox danışdı. O, qazma, kəşfiyyat və hasilatı sürətləndirəcəyini və bir sıra layihələrin icrasını bərpa edəcəyini açıqlayıb. Gözləntilər nə ola bilər və bu, qiymətlərə necə təsir edə bilər? Məncə, bu, karbohidrogen qiymətlərinin aşağı düşməsinə əhəmiyyətli təsir göstərəcək”.
Gözəl Həşimova