“Xalqımız Prezident, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın öndə olmağına, həmçinin “Ata ittifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğanın bizi dəstəkləməsinə arxayın ola bilər”.

İqtisadiyyat.az xəbər verir ki, bunun Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi “A haber”ə müsahibəsində deyib.

O vətəndaşları səsverməyə gəlməyə çağırıb:

“Arxayınlaşmağa ehtiyac yoxdur. Əksinə, sona qədər mübarizə aparmalı və səslərimizə sahib çıxmalıyıq”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcək.