Türkiyə qışda Avropaya qaz nəqli ilə bağlı problem proqnozlaşdırmır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Qarşıdan gələn qış təbii qaz baxımından maraqlı ola bilər. Ukrayna ərazisindən qazın tranzit müddəti başa çatır. (dekabrın sonu - yanvarın əvvəli). Belə görünür ki, müqavilə uzadılmayacaq. Əgər Avropada qazın qiyməti qalxsa, tədarükün təmin edilməsi ilə bağlı problemimiz olmayacaq”, - deyə nazir vurğulayıb.