Türkiyə Müdafiə Nazirliyi Fransaya etiraz edib.

İqtisadiyyat.az xəbər verir ki, yayılan bəyanatda Fransa parlamentində PKK/YPG terror qruplaşmasının üzvlərinin qəbul edilməsinin bu ölkənin nüfuzuna kölgə saldığı qeyd edilib. 

Nazirlik Fransa parlamentinin bu addımını NATO-dakı müttəfiqlik ruhuna zidd olduğunu vurğulayıb:

“Bu addım həm də NATO-nun terrorizmlə mübarizəsini heçə endirir. Bütün hallarda Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına qarşı mübarizəni fasiləsiz davam etdirəcək”.