Rusiyada “Vnukovo” hava limanında Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları kriminal aləmdə Torçik Suxumski kimi tanınan 63 yaşlı “qanuni oğru” Nuqzar Torçinavanı saxlayıblar. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Prime Crime” məlumat yayıb.

Bildirilir ki, Torçinava nəzarətdən yayındığına görə beynəlxalq axtarışa verilib. O, Türkiyədən deportasiya edildikdən sonra Moskvaya uçan təyyarədə polislər tərəfindən saxlanılıb. 

Torçinava Moskva məhkəməsinin hökmü ilə həbs edilib. Müstəntiqlər yaxın vaxtlarda ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma”) maddəsi ilə ittiham irəli sürəcəklər.

Nuqzar Torçinava 2006-cı ildən 2018-ci ilə qədər narkotik saxlamaqda ittiham olunaraq üç dəfə məhkum edilib. O, azadlığa çıxandan sonra Türkiyəyə köçüb.