Prezident köməkçisi Fuad Oqtay Kahramanmaraşda baş vermiş və 10 ətraf bölgədə dəhşətli dağıntılar törədən zəlzələ nəticəsində toplam 3419 nəfərin həyatını itirdiyini, 20534 nəfərin isə yaralandığını bildirib.

Onun sözlərinə görə, indiyə qədər dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb:

"Dağılmış bina sayı 5775-dir. Bu ana qədər 312 afterşok təkanları qeydə almışıq. Ümumilikdə 6 və əlavə 3 zəlzələ baş verib. 5 və 6 ballıq 24 yeraltı təkan baş verib. Axtarış-xilasetmə işləri fasiləsiz olaraq davam edir.  Xilasetmə işlərinə ümumilikdə 12181 nəfər cəlb olunub. 936 ambulans hadisə yerlərindən yaralı daşıyır. 3294 nəfər xilasedici isə ölkə xaricindən köməyə gəlib. Hazırda xilasediciləri yardım işinə cəlb olunan ölkələr Azərbaycan, Çexiya, Fransa, Niderland, Malta, Hindistan, Polşa, Əlcəzair, İtaliya, Moldova, Albaniya, İsrail, Özbəkistan, Macarıstan, Almaniya, Serbiya, Slovakiya, İngiltərə və Rusiyadır. Daha 70 ölkə yardım təklif edir".