Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ iki dəqiqəyə yaxın davam edib və yer qabığında 7 metr 30 sm dəyişiklik olub.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə AFAD-dan məlumat verilib.

Bildirilib ki, zəlzələlərdən sonra 3858 afterşok qeydə alınıb.

Qeyd edək ki, 7,7 bal gücündə olan zəlzələdən ölənlərin sayı 35 mini keçib.