İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib, daha bir şəxs isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Güclü partlayışa qaz sızması səbəb olub. Partlayışın ardından əraziyə yanğınsöndürmə briqadaları və təcili yardım xidmətləri cəlb olunub.

Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb, müəssisənin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılıb.