Türkiyə Banklar Birliyinin (TBB) ev sahibliyi etdiyi tədbir türk dövlətlərinin dünya ticarət mərkəzi olmaq hədəfində atılan yeni addım kimi qiymətləndirilib.

Tədbirdə iştirak edən Qazaxıstan Banklar Birliyinin İdarə Heyətinin sədr müavini Marat Baitokov bildirib ki, Qazaxıstan bankları böyük məmnuniyyətlə innovativ yanaşmada tərəfdaş olacaqlar.

Rəsmilər Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurasının fəaliyyət sahələrini açıqlayıblar. Üzv ölkələr ümumi platforma yaradaraq bank fəaliyyəti ilə bağlı sammitlər, forumlar, konfranslar və seminarlar təşkil edəcəklər. Rəqəmsal bankçılığın inkişafı, cinayət gəlirləri ilə mübarizə, uyğunlaşma, iqlim və ekoloji risklərlə mübarizə kimi mövzularda daha yaxşı mövqedə olmaq üçün ölkələrin bank məlumatları və qaydaları paylaşılacaq.

Türkiyənin rəhbərliyi ilə yaradılmış Türk Dövlətləri Təşkilatının bütün üzvləri Türk Dövlətlərinin Bank Assosiasiyaları Şurasındadır. Bununla belə, imzalanmış sazişdə Macarıstan, Gürcüstan və Şimali Kipr Türk Respublikasının bank birlikləri müşahidəçi qismində iştirak edir.