Türkiyənin Sivas vilayətinin Gürün rayonunda sərnişin avtobusu aşıb. 

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 25 nəfər yaralanıb.

İstanbul-Van reysini həyata keçirən və sürücüsünün adı hələlik məlum olmayan sərnişin avtobusu Pınarbaşı-Gürün avtomobil yolunun Yazyurdu məntəqəsində aşıb.

Xəbər üzərinə qəza yerinə sağlamlıq, xilasetmə, polis və jandarma qrupları sövq edilib.

Hadisə yerinə gələn qruplar avtobusun şüşələrini sındıraraq içəridə sıxışan sərnişinləri xilas edib.