Türkiyədə işsizlik səviyyəsi iyul ayında əvvəlki ayla müqayisədə 0,4 bal azalaraq 8,8 faizə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) iyul ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Bu dövrdə işsizlərin sayı 3 milyon 167 min nəfər olaraq müəyyən edilib. İşsizlik səviyyəsinin kişilər üçün 7 faiz, qadınlar üçün isə 12,4 faiz olduğu təxmin edilib.

İyulda məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 235 min nəfər artaraq 32 milyon 712 min nəfərə, məşğulluq səviyyəsi isə 0,3 bənd artaraq 49,6 faizə çatıb.

 

Gözəl Həşimova