Türkiyədə Elazığ bğlgəsində mədəndə baş verən partlayış nəticəsində çökmə baş verib. Bir fəhlə uçurumun altında qalaraq ölüb, bir işçi isə yaralanıb.

Hadisə yerinə sağlamlıq, jandarma və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları sövq edilib.

Uçqun altından çıxarılan Remzi Tahtacının öldüyü müəyyən edilib. Yaralı A.T. təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.