Türkiyənin ilk 400 at gücünə malik yerli hərbi mühərrikləri istifadə edilmək üçün təhvil veriləcək.


İqtisadiyyat.az xəbər verir ki, BMC Power tərəfindən təşkil edilən tədbirdə şirkətin gündəmində olan layihələr haqqında məlumat verilib və Arifiye obyektlərinə texniki baxış keçirilib.

Səfər zamanı verilən məlumata görə, şirkətin Arifiye obyektləri ildə min mühərrik istehsal etmək gücünə malikdir. Ankarada qurulacaq yeni istehsal müəssisəsi ilə bu rəqəmi iki dəfə artıracaq. Mühərriklərin 75 faizdən çoxu yerli istehsaldır.

BMC İdarə Heyətinin Üzvü və Top Menecer Murat Yalçıntaş mətbuat mənsublarına verdiyi açıqlamada, BMC Power tərəfindən hazırlanan və istehsal edilən ilk hərbi mühərrikin sabah mərasimlə BMC Automotive-ə təhvil veriləcəyini və mərasimdə mühərrikə ad verəcəklərini söyləyib.