Türkiyə hökumətinin 17 üzvü deputatlığa namizədliyini irəli sürüb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində deyib.

O bildirib ki, vitse-prezident Fuad Oqtay Ankarada namizəd olacaq. Digər namizədlər müxtəlif bölgələrdən namizədliklərini irəli ürəcəklər.

Qeyd edək ki, Türkiyədə president və parlament seçkiləri 14 may tarixində keçiriləcək.