Son gün ərzində Türkiyədə koronavirusdan daha 24 nəfər ölüb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 163 nəfərə çatıb.
Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 502 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 261 194-ə yüksəlib.
Nazir onu da vurğulayıb ki,ötən gün koronavirusdan 887 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 238 795 nəfər təşkil edir.report