Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası baş verib.

İqtisadiyyat.az “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Taşköprü rayonunda avtobusun tarlaya aşması nəticəsində 6 nəfər ölüb,  33 nəfər isə yaralanıb.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Əraziyə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

 

Əli Ağayev