Türkiyədə illik inflyasiya beş aydır ki, azalır.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki,  bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb. Məlumata görə, mart ayında inflyasiya 50,51%-ə kimi azalıb. Ötən ay bu rəqəm 55,18% olub. 

İstehlak qiymətləri indeksi aylıq 2,29%, istehsal qiymətləri isə 62,45% artıb. Qeyd edilib ki, istehsal qiymətlərində artım son 16 ayda ən aşağı səviyyəyə düşüb.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı, ötən ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb.