Türkiyənin vitse-prezidenti Fuat Oktay 20 Yanvar şəhidlərini yad edib.

Oktay bu barədə tviter səhifəsində yazıb.

"33 il öncə qardaş Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən şəhidlərimizi rəhmətlə anıram. Kədəri hələ də ürəyimizi yandıran qəhrəmanlarımızın ruhları şad, Can Azərbaycanımız həmişə var olsun", - deyə o qeyd edib.