Türkiyə və ABŞ müdafiə nazirliklərinin nümayəndə heyətləri yanvarın 18-də Vaşinqtonda F-35 məsləhətləşmələri ilə bağlı ikinci görüşünü keçirib.
İqtisadiyyat.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi növbəti iclası 2023-cü ilin yazında Ankarada keçirməyi planlaşdırdıqlarını açıqlayıb.
Türkiyə və ABŞ müdafiə nazirliklərinin nümayəndə heyətləri Ankarada ilk görüş keçirib.
İkinci görüş dünən ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib.
Mövzu ilə bağlı yazılı açıqlama verən Milli Müdafiə Nazirliyi nümayəndə heyətlərinin məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılığa gəldiyini və üçüncü görüşün yaz aylarında Ankarada keçiriləcəyini açıqlayıb.