Türkiyənin Milli Təhlükəsizlik Şurası (TŞ) Ukraynada problemin tezliklə nizamlanmasının tərəfdarı olduğunu bildirib və Qara dəniz hövzəsində gəmiçilikdə təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.   

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclası keçirilən şuranın bəyanatında deyilir.

"Ukraynadakı müharibə ilə bağlı son hadisələr müzakirə edilib. Ədalətli və davamlı sülhün tezliklə bərqərar olması imkanları ilə birlikdə Qara dənizdə gəmiçilikdə təhlükəsizliyin gücləndirilməsi üçün səylərin davam etdirilməsinin vacibliyi qiymətləndirilib", - deyə məlumatda qeyd edib.