Ötən il Türkiyənin turizm gəliri 2022-ci illə müqayisədə 16,9% artaraq 54 milyard 315 milyon 542 min dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) ötən il üzrə turizm statistikasını açıqlayıb.

Ötən ilki gəlirin 41 milyard 61 milyon 408 min dollarını şəxsi xərclər, 13 milyard 254 milyon 134 min dollarını isə paket tur xərcləri təşkil edib.

Hesabat dövründə ölkədən xaricə gedən ziyarətçilərin sayı isə 11,1% artaraq 57 milyon 77 min 440 nəfər olub.

 

Gözəl Həşimova