Türkiyə-Rusiya İşgüzar Şurasının rəhbəri İzzət Ekmekçibaşı Türkiyə ilə Rusiya arasında barter ticarətinin mümkün ola biləcəyini bildirib.

“Türkiyə və Rusiya barter ticarəti imkanlarını nəzərdən keçirirlər. Ankaranın artıq belə bir təcrübəsi var”, – deyə o qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara bundan əvvəl Moskvaya ticarətdə milli valyutalara keçməyi təklif edib.