İraqın şimalındakı Qara bölgəsində 4 PKK terrorçusu zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, həmin 4 terrorçu hava əməliyyatı ilə zərərsizləşdirilib.

Nazirlikdən verilən açıqlamada əməliyyatların davam edəcəyi vurğulanıb.