Türkiyə gələn il müdafiə büdcəsinə 40 milyard dollardan çox vəsait ayıracaq. Bu da 2023-cü ildəkindən 150% çoxdur.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, bu il Türkiyə müdafiə və təhlükəsizlik üçün təxminən 16 milyard dollar ayırıb.

Xatırladaq ki, bu həftə Türkiyə parlamenti təhlükəsizlik qüvvələrinin Suriya və İraqda sərhədyanı əməliyyatlar keçirməsinə icazə verən mandatın daha iki il uzadılmasına səs verib.

 

Gözəl Həşimova