"Xetafe" klubunun türkiyəli futbolçusu Enes Ünal İngiltərə Premyer Liqasında çıxış edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə millisinin futbolçusu ilə Premyer Liqa komandalarından "Bornmut"un maraqlanır. Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.  Bildirilib ki, İngiltərə təmsilçisi hücumçunun transfer şərtlərini soruşub.

 Bu mövsüm "Xetafe"nin heyətində 5 matçda meydana çıxan 26 yaşlı Enes Ünal 2 məhsuldar ötürmə edib. Enes Ünalın "Xetafe" ilə müqaviləsi 2025-ci ilə qədər davam edir.