Türkiyənin dövlət neft şirkəti "Turkish Petroleum" (TPAO) Mərmərə dənizinin Türkiyə sektorunda neft kəşfiyyatı üçün lisenziya alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Hürriyət" qəzeti məlumat yayıb.

"Turkish Petroleum" Mərmərə dənizində Tekirdağ, Balıkesir və Çanaqqala sahillərində neft kəşfiyyatı üçün lisenziya alıb. Bu üç lisenziyaya ilə 8 il müddətinə 95 055 hektar sahədə neft kəşfiyyatı aparılacaq.

 

Gözəl Həşimova