Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 42,5%-ə yüksəldib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərarı Türkiyə Respublikası Mərkəzi Bankının Pul Siyasəti Komitəsi verib.

Məlumata görə, daxili tələbin hazırkı səviyyəsi, xidmət qiymətlərindəki artım və geosiyasi risklər inflyasiya təzyiqlərini yüksək saxlayır. Xarici maliyyələşdirmə şərtlərinin əhəmiyyətli dərəcədə yaxşılaşması, ehtiyatların davamlı artması və türk lirəsi aktivlərinə tələbin güclənməsi məzənnə sabitliyinə və pul siyasətinin effektivliyinə güclü töhfə verir. 

Qeyd edək ki, sonuncu dəfə Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 35%-dən 40%-ə yüksəldib.

 

Gözəl Həşimova